Yazını böyüt
Yazını kiçilt
Moskvada təhlükəsizlik qüvvələri qadağan olunmuş Falun Qonq (Falun Dafa) təriqətinin 4 üzvünü saxlayıb.
Hafta.az-ın yazdığına görə, Rusiya saytlarının xəbərinə görə, saxlanılan şəxslərin evlərində aparılan axtarışlar zamanı qadağan olunmuş nəşrlər ələ keçirilib. Həmin şəxslərin Rusiya və ya Çin vətəndaşlarına aid olduğu açıqlanmayıb.
1992-ci ildə Çində qurulan “Falun Qong” üzvləri meditasiya hərəkatı olduğunu iddia edirlər. Hərəkatın Çindəki üzvlərinin 1996-cı ildə bir neçə milyona çatdığı bildirilir.
Rusiya 2020-ci ildə “Falun Qong” təriqətini yasaqlayıb və onu arzuolunmaz təşkilat elan edib. Rusiya rəsmiləri hərəkatı ABŞ Dövlət Departamentinin nəzarəti altında olmaqda ittihamlayırlar.