Çin lideri Si Szinpinin Fransaya səfəri Qərb diplomatlarını son iki ildə narahat edən sualı bir daha aktuallaşdıracaq: Çini Rusiyaya əlavə yardımdan çəkindirmək mümkündürmü?BUTA.TV xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb. Məlumata görə, Makron ilə Szinpin arasında 6 və 7 mayda keçiriləcək danışıqlar Çin iqtisadiyyatının Rusiya silah sənayesinə dəstəyinə həsr olunacaq: “Makron Rusiyanın hərbi səylərində bilavasitə iştirak edə və ya əhəmiyyətli töhfə verə biləcək bəzi Çin şirkətlərinin fəaliyyətindən narahatlığını ifadə edəcək”. Qeyd edək ki, Szinpin ötən gün Fransaya səfər edib.