RU

Ançelotti “Real”ı çempion etdi, Zidanı geridə qoydu

Artıq məlum olduğu kimi, “Real” 2023/2024-cü illər mövsümü İspaniya La Liqasının çempionluğunu erkən surətdə rəsmiləşdirib.

Arena.az xatırladır ki, “Kral klubu”nun bu zəfəri “Real”ın evdə “Kadis” üzərində 3:0 hesablı ev qələbəsi mənzərəsində ən yaxın təqibçisi və əzəli rəqibi “Barselona”nın Kataloniya derbisində “Jirona”ya 2:4 hesablı səfər məğlubiyyəti ilə gerçəkləşib.

Beləliklə, “qaymaqlılar”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti İspaniya nəhngi ilə 12-ci qənimətini qazanmış olub. Bu göstəricidə Ançelotti “Real”ın sabiq çalışdırıcısı, fransalı mütəxəssis Zinəddin Zidanı geridə qoyub. Zidanın “Real”ın sükanı arxasında 11 qəniməti var.

64 yaşlı italyan mütəxəssis 2013-2015-ci illərdə “Real”ı çalışdırıb, daha sonra 2021-ci ildə “Kral klubu”na geri qaıdara, indiyədək “qaymaqlılar”a rəhbərlik edir. Zidan isə 2016-2018-ci və 2019-2021-ci illərdə “qaymaqlılar”ın sükanı arxasında olub.

Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Ançelottinin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.

Избранный
160
2
arena.az

3Источники