Bakı. Trend:
Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yekunvurulub.
İdman.biz xəbər verir ki, sonuncu yarımfinalçı "Sərhədçi" və"Xəzri" arasındakı üçüncü matçda bəlli olub.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub. "Xəzri"basketbolçuları bu dəfə ciddi çətinlik çəkməyiblər. İlk 2 perioddaböyük üstünlük qazanan Murat Dikmenin yetirmələri sonda 21 xallıqfərqlə qalib gəliblər.
Qeyd edək ki, "Xəzri" yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacaq.Digər cütdə isə “Xırdalan”la “Sabah” üz-üzə gələcək.