Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, azərbaycanlı futbolçular - Sərtan Taşkının çıxış etdiyi “Manisa” ilə Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” üz-üzə gəliblər.
V.İsgəndərli əvvəldən sonra kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. S.Taşkın isə 82-ci dəqiqədə Bedirhan Altunbaşın əvəzinə meydana çıxıb.
Matç “Manisa”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xallarının sayını 40-a çatdıran Sərtanın komandası turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
“Boluspor” isə son tur öncəsi 50 xalla 8-ci yeri tutur. İsgəndərlinin komandası Superliqaya vəsiqə uğrunda keçiriləcək pley-off matçlarına qatılmaq üçün son turda qələbə qazanmalı, eləcə də “Bandırmaspor” və “Gənclərbirliyi” xal itirməlidir.