Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Qəzada “Niva” ilə “Mercedes-Benz” markalı minik maşınları toqquşub.
Hadisə zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.