"Aston Villa"nın futbolçusu Nikolo Zanyolo karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Tuttomercato" yayıb.
Bildirilib ki, italiyalı futbolçu İstanbul klubuna - "Qalatasaray"a geri dönəcək.
Qeyd edək ki, Zaniolonun "Cimbom"la müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.