Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlarkeçirilib.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, XXXIII turun ikinci gününə Tovuzda startverilib.
Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Zirə” “Turan Tovuz”unqonağı olub. Rəşad Sadıqovun yetirmələri səfərdə 2:1 hesabı iləqalib gəliblər. Tovuz klubu ardıcıl 3-cü oyunda uduzub.
Günə Bakıda yekun vurulub. Mükafatlara iddialı “Sabah”“Araz-Naxçıvan”ı məğlub edib. Oyunun taleyini həll edən yeganə qol1-ci dəqiqədə vurulub. Ayaz Quliyev qələbə topunun müəllifiolub.
Qeyd edək ki, turun son matçı sabah keçiriləcək. “Səbail”“Qəbələ”ni qəbul edəcək.