Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri“TRT Haber”yayıb.
Yaralı Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsindəkilərin mərmər zavodunun əməkdaşları olduğu məlum olub.