Mayın 7-də İmişli rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
Publika.az xəbər verir ki, yarmarka Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filalının dəstəyi ilə baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.