“Mercedes-Benz” avtomobil şirkəti Türkiyədə ehtiyat hissələrinin logistika mərkəzini açıb.
Azpost.info bildirir ki, mərkəz Kocaeli vilayətinin Gebze şəhərində fəaliyyətə başlayıb.
Türkiyə bu mərkəz sayəsində “Mercedes-Benz” üçün xüsusi olaraq hazırlanmış yüksək texnologiyalı anbar idarəetmə sistemindən istifadə edən üçüncü ölkə olub.
Logistika mərkəzinin açılışı ilə bağlı Mercedes-Benz-in baş direktoru Sükrü Bekdihn qeyd edib: “210 milyon türk lirəsi sərmayəsi ilə yaratdığımız yeni logistika mərkəzimiz sayəsində 100 nəfəri əlavə məşğulluqla təmin edirik”.