İsveç çempionatında 7-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” səfərdə “Vesteros"la qarşılaşıb. Matçda "Yurqorden" 2:0 hesablı qələbə qazanıb.
Musa bu oyunda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Yurqorden” hazırda çempionatın turnir cədvəlində 13 xalla 2-cidir.
"Vesteros" - "Yurqorden" - 0:2
Qollar: Holm, 31, Fallenius, 54