Yarışın adına uyğun olaraq küləyə qalib gəldim.
Publika.az xəbər verir ki, bunu "Bakı Marafonu 2024"ün kişilər arasında qalibi Ahmet Alkanoğlu deyib.
Türkiyəli idmançı yarışın çətin keçdiyini bildirib: "Küləkli havada qaçmaq çətindir. 1 saat 6 dəqiqə ərzində finişə çatdım. Bu mənim qalib gəldiyim ilk belə yarış deyil. Daha əvvəl başqa marafonlarda da birinci yeri tutmuşam. 12 ildir qaçışla məşğulam".