Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Mirzoyanın Macarıstanın yüksək rütbəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşü planlaşdırılır.
Xatırladaq ki, Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) Şimali Kipr Türk Respublikası və Türkmənistanla yanaşı müşahidəçi qismində təmsil olunur.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan isə TDT-nin daimi üzvüdür.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта