RU

“Belə nəticənin qeydə alınması həm azarkeşlər üçün pis oldu, həm klub üçün”

"Neftçi"nin qapıçısı Rza Cəfərov Misli Premyer Liqasının 33-cü turunda "Qarabağ"la oyundan (0:5) sonra nəticəyə aydınlıq gətirib.

“Football-plus.az” xəbər verir ki, 20 yaşlı qapıçı öncə oyunla bağlı fikirlərini söyləyib:
“Deyəcək heçnə yoxdu. Gördüyünüz kimi... Meydana qələbə üçün çıxmışdıq, amma alınmadı”.


-“Neftçi”nin belə performans göstərməsinin səbəbini nədə görürsünüz?
-Mən meydana çıxıb öz işimi görməyə çalışıram. Başqa heçnə deyə bilmərəm. Öz oyunumdan danışsam, 5 qol buraxmışam, necə qiymətləndirə bilərəm? Çox pis.

R. Cəfərov, “Neftçi”nin azarkeşlərə çağırış etdikdən sonra bu cür məğlubiyyətin onlara pis təsir edəcəyini vurğulayıb:
“Biz də çox məyusuq. Onlar da meydana təzə qayıtmışdılar. Belə nəticənin qeydə alınması həm azarkeşlər üçün pis oldu, həm klub üçün. 3 turumuz qalıb. Onları qazana bilsək, yaxşı olar”.


O, Yuri Matiasın 79-cu dəqiqədə aldığı qırmızı vərəqə haqqında da danışıb:
“Orda mümkün ofsayd epizoduna görə hakimə narazılıq bildirdi. Mən uzaqdan görmürdüm, ora çatmadım. Yəqin ki, etirazla əlaqəli olar”.
Избранный
102
football-plus.az

1Источники