“Fransa öz xarici legionundan Ukraynaya əsgər göndərib”.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asia Times”dəki məqaləsində yazıb.
O bildirib ki, hazırda həmin hərbi qruplaşma Donbasda döyüşlərə başlayıb.
“Onlar Slavyanskda Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş 54-cü briqadasına dəstək məqsədilə yerləşdiriliblər. Həmin legion Donbasda rus ordusuna qarşı döyüşlərə qatılıb”, – o qeyd edib.
Brayan vurğulayıb ki, Moskva Ukraynada əcnəbi əsgərlərin sayının artması ilə barışmayacaq və ağır zərbə endirəcək. /globalinfo.az/