PSV Niderland çempionatında 2023/2024 mövsümünün çempionu olub.
İdman.biz xəbər verir ki, Eyndhoven təmsilçisi sona 2 tur qalmış bu uğura imza atıb.
Eredivizyanın 32-ci turunda “Sparta”ya 4:2 hesabı ilə qalib gəlib. 87 xal toplayan PSV ən yaxın izləyicisi “Feyenoord”u 12 xal qabaqlayaraq, çempionluğu rəsmiləşdirib.
PSV tarixində 25-ci dəfə Niderland çempionatının qalibi olub. Komanda sonuncu dəfə 2017/2018 mövsümündə çempion titulunu qazanıb.
Qeyd edək ki, eynhovenlilər mövsümün son 2 oyununda “Fortuna” (12 may) və “Valveyk”lə (19 may) qarşılaşacaqlar.
İdman.biz