Bakının Suraxanı rayonunda ailə məişət zəmnində dava zamanı qadın bıçaqlanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.