Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb. Bu əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalar davam etdirilir.