RU

Bakıda avtomobillər toqquşdu - xəsarət alanlar var

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1968-ci il təvəllüdlü Heydərova Mehriban Yavər qızı və 1960-cı il təvəllüdlü Quliyev Nazim Nəriman oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
204
50
yenisabah.az

10Источники