Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində xarici agentlər haqqında qanuna etiraz edənlərin sayı kəskin artıb.
“Report” bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, yerli vaxtla saat 23:00-a qədər insanlar parlamentin qarşısındakı meydana aktiv şəkildə gəlməyə başlayıb. Hazırda izdiham Rustaveli prospektinin parlament binasının qarşısındakı bir hissəsini, eləcə də onunla Kaşveti məbədi arasındakı kəsişməni tamamilə zəbt edib.