PSJ-nin keçmiş baş məşqçisi Kristof Qalte Lionel Messi, Neymar və Kilian Mbappe ilə birgə işlədiyi vaxtdan danışıb. Hər üç futbolçu Paris klubunda eyni vaxtda çıxış edib.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis onların həm oyun, həm də maliyyə nöqteyi-nəzərindən çox uğurlu olduqlarını bildirib:
“Meydanda oynamaq baxımından məndə bir təşviş var idi. Hər üçü əla tərəfdaş olmalı və birlikdə oynamalı idi. M
ənə elə gəlir ki, biz Fransada bir daha belə bir şey görməyəcəyik. Onlar həm oyun, həm də maliyyə nöqteyi-nəzərindən çox uğurlu idilər”.
Qalte 2022-23-cü illərdə PSJ-yə rəhbərlik edib. Hazırda bu üç futbolçundan yalnız Mbappe komandadadır. Neymar “Əl-Hilal”da, Messi isə “İnter Mayami”də oynayır.