Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Köln” – “Frayburq” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Verder” – “Borussiya” (Mönhenqladbax) matçında da qalib müəyyənləşməyib.
Dortmund “Borussiya”sı doğma meydanda “Auqsburq”a böyük hesabla qalib gəlib. “Volfsburq” da “Darmştadt”ı darmadağınla yola salıb.
Səfərdə “Ştutqart”la qarşılaşan “Bayern” isə bu turu məğlubiyyətlə başa vurub.
35-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
32-ci tur
3 may
Hoffenhaym – Leypsiq 1:1
Qollar: Kramariç, 90 – Şeşko, 38.
4 may
Borussiya (Dortmund) – Auqsburq 5:1
Qollar: Mukoko, 4; 29. Malen, 20. Roys, 34. Nmeça, 64 – Varqas, 32.
Ştutqart – Bayern 3:1
Qollar: Sterqiu, 29. Yonq, 83. Silas, 90+3 – Keyn, 37-pen.
Verder – Borussiya (Mönhenqladbax) 2:2
Qollar: Voltemade, 45; 65 – Hak, 8. Noyhaus, 90+1-pen.
Volfsburq – Darmştadt 3:0
Qollar: Vimmer, 8. Vind, 11. Çerni, 90+3.
Köln – Frayburq 0:0
5 may
17:30. Union Berlin – Boxum
19:30. Ayntraxt – Bayer
21:30. Haydenhaym – Maynts