Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici agentlər haqqında qanun”un qəbuluna cəhdlə bağlı yaranmış vəziyyət fonunda həmin ölkələrin liderlərindən Tbilisiyə səfər etmələrini xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə NewsGeorgia məlumat verib.
O, “Gürcü Arzusu”nun banisi Bidzina İvanişvilinin son çıxışını “çox təxribatçı” və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib.
Prezident xarici agentlər haqqında qanunun yenidən işə salınmasını “zorakılıq” və “Avropa İttifaqının qapılarını açıq görməyə şad olan” insanlara qarşı “təxribat” adlandırıb: “Avropa İttifaqı uzunmüddətli perspektivi ən yaxşı şəkildə təmin edə bilər”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта