Həmas İsraillə atəşkəs razılaşmasının birinci mərhələsində 33 girovu azad etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb .
Qeyd olunur ki, danışıqlar başlayandan hərəkatın azad etməyə hazır olduğu insanların sayı artıb - 20-dən 33-ə.
Bundan əvvəl HƏMAS-ın İsraillə tədricən atəşkəs sazişi bağlamaq niyyətində olduğu bildirilirib. Bu, Qahirədə aparılan danışıqlardan sonra məlum olub.