Bakı. Trend:
Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun BayramovQambiyaya işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirininmüavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, görüşzamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasındanməmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrininqarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrininkişafına xüsusi təkan verdiyi bildirilib.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfliiqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialınmövcud olduğu vurğulanıb.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT,Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəflitəsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıqvə dəstəyə önəm verdiyi bildirilib.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29-un yaşıl enerjisahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlaryaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.