HƏMAS İsraillə mərhələli atəşkəs sazişi bağlamaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi HƏMAS-ın rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Fələstin tərəfi də İsraildən atəşkəs və münaqişəyə son qoyulması öhdəliyinə zəmanət tələb edir. İsrail hələlik bu təklifə cavab verməyib.
Qeyd edək ki, mayın 4-də Qahirədə beştərəfli məsləhətləşmələr başlayıb, HƏMAS, İsrail, Qətər, ABŞ və Misir Qahirədə məsləhətləşmələr keçirəcək.