Türkiyə Superliqasında 35-ci turun 3 oyunun baş tutub.
İdman.biz xəbər verir ki, avrokuboklar uğrunda yarışan “Trabzonspor” uduzub.
Trabzonlular Qaradəniz derbisində “Samsunspor”a 1:3 hesabı ilə məğlub olublar. 58 xalla 3-cü pillədə qərarlaşan “Trabzonspor” ən yaxın izləyicisini 4 xal qabaqlayır.
Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” səfərdə “İstanbulspor”a qalib gəlib. Oyunun taleyini 1 qol həll edib.
Türkiyə Superliqası
35-ci tur
“İstanbulspor” – “Adana Dəmirspor” – 0:1
“Kayserispor” – “Karagümrük” – 2:2
“Samsunspor” – “Trabzonspor” – 3:1
İdman.biz