İsrailin Qəzzadakı müharibəsinə son qoymaq üçün üç aylıq danışıqlarda irəliyə doğru bir neçə addım atılıb.BUTA.TV xəbər verir ki, bu sözləri HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib. “Düşünürəm ki, vasitəçilər, Misir və Qətərdəki qardaşlarımız yaxşı iş görürlər. Ona görə də biz hələ də əsas məqsədə - tam atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına nail olacağımıza ümid edirik”, - deyə o bildirib. Həmdan əlavə edib ki, müharibəni yalnız ABŞ bitirə bilər: “Biz ABŞ-ın real mövqeyi haqqında danışmalıyıq, çünki bu, israillilərin, əsasən də Netanyahunun mövqeyinə təsir edəcək əsas məsələdir. Əgər ABŞ Netanyahuya açıq şəkildə desə ki, kifayətdir, sizi əmin edirəm ki, müharibə bitəcək!”