“Əgər NATO üzvü olan ən azı bir ölkə Ukraynaya qoşun yeridərsə, bu, Rusiya ilə birbaşa münaqişə demək olacaq. Çünki bununla həmin ölkə NATO tərəfindən təyin edilən “qırmızı xətti” keçmiş olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, Ukrayna müharibəsi üçün qoşun göndərmək Rusiya ilə konfliktə səbəb olacaq:
“Bu isə bölgədə üçüncü dünya müharibəsi deməkdir. Kimsə bunu istəyirmi? Şəxsən mən istəmirəm. Bu müharibə bizim münaqişəmiz deyil. Çünki heç kim Avropa ərazisinə hücum etməyib. Bu müharibə 2 ölkə arasında gedir”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта