Gürcüstanda ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 5-də Kutaisi-Tsxaltubo avtomobil magistralında qeydə alınıb.
Məlumata görə, minik avtomobili digər iki nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili yanıb. Nəticədə 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.
Xəstəxanaya yerləşdirilən şəxslərdən ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev