Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.