RU

İranda qarşıdurma: İki hərbçi öldürüldü

İranın sərhəd polisi mayın 1-də Banə sərhəd-keçid məntəqəsi yaxınlığında silahlılarla qarşıdurma zamanı yaralanan iki əsgərin öldüyünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin sərhəd polisinin komandiri Məhəmməd Arif Sepəhri məlumay verib.

Hadisə Banə sərhəd-keçid məntəqəsi yaxınlığındakı mühafizə qülləsinə hücumdan sonra baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
84
teleqraf.com

1Источники