"İpsviç Taun" mövsümü Çempionşipdə ikinci yerdə başa vurub və Premyer Liqaya yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, sonuncu dəfə 2001/02 mövsümündə Premyer Liqada mübarizə aparan "İpsviç" həmin mövsümü 18-ci pillədə başa vuraraq aşağı liqaya düşüb.
2018-19 mövsümünə qədər Çempionşipdə olan İpsviç həmin mövsümü sonuncu yerdə tamamlayıb.
Kieran McKennanın komandası ötən mövsüm İngiltərə 1-ci Liqasında ikinci yeri tutaraq Çempionşipa yüksəlib.