Azərbaycan tərəfindən geri qaytarılan Zəngəzurun Şurnux kəndinin sakinləri hələ də yeni evlərini almasalar da, hökumət onlara aylıq yardımı dayandırıb.
Bu məlumatı “Sputnik Ermənistan”a sakinlərin özləri veriblər.
2024-cü ilin əvvəlindən onlar ayda 68 min dram almayacaqlar. Üstəlik, yeni ev gözləyən ailələrin bəziləri kirayədə yaşayır, bəziləri isə Gorusdə mənzil kirayələyib.
Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi ödəniş planının 2023-cü ilin sonuna qədər hesablandığını təsdiqləyib.