![Lənkəranda](https://1news.az/images/2024/05/04/20240504044833948/thumb.jpg?2024-05-04+16%3A51%3A17)
13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.
1news.az-ın APA-ya istinadən məlumatına görə, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb. A.Babayeva Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və köməyə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ət çəkən maşından çıxarılıb.