RU

Respublika Neyrocərrahiyyə Xəstəxanasına görmənin itirilməsinə görə müraciət edən pasiyent uğurlu əməliyyat olunub

Respublika Neyrocərrahiyyə Xəstəxanasına görmənin itirilməsinə və şiddətli baş ağrılarına görə müraciət edən pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, pasiyent bir gözündə görmənin tam, digərində isə 50 %-nin itirməsinə və şiddətli baş ağrılarına görə Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edib. MRT müayinəsinə əsasən hər iki görmə sinirini sıxan və daxili yuxu arteriyasını 270 dərəcə çevrələyən şiş toxuması aşkar edilib.

 

Bəhruz Eyvazov və Rövşən Bağırov, Şəhriyar Səlimli tərəfindən uğurlu əməliyyat olunaraq (beyin şişi tam xaric edildi) yaxşılaşma ilə evə yazılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
138
aztibb.az

1Источники