17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığma Qazaxıstanla üz-üzə gəlib.
Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə bitdiyindən qalib penalti zərbələrində müəyyənləşib. Burda dəqiq olan rəqib qələbə qazanıb.
Qeyd edək ki, U-17 yarışda ilk matçda Belarus yığmasına 1:3 hesabı ilə uduzub.
İdman.biz