İtaliyanın kanalları ilə məşhur olan Venesiya şəhəri turistlər üçün aprelin 25-dən tətbiq edilən giriş haqqı ilə ilk 8 gündə 700 min avrodan çox gəlir əldə edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 aprel - 2 may tarixləri arasında şəhərə gələn 144 min 645 ziyarətçi 5 avroluq giriş haqqı ödəyib. Beləliklə, Venesiya şəhəri 723 min 225 avro gəlir əldə edib.
Giriş haqqının yığıldığı ilk 8 gündə əldə edilən gəlirin 7 ayda gözlənilən qazanc səviyyəsinə bərabər olduğu açıqlanıb.
Bildirilir ki, giriş pulu tətbiqi şəhərə turist axınına mane olmayıb.
![](https://www.bakupost.az/uploads/news/2024-05-04-14-43-31oxd0x8Fgl66rquEQK5HP_file.jpg)
![](https://www.bakupost.az/uploads/news/2024-05-04-14-43-26igXJXu47kRDTjkr9TZAk_file.jpg)
![](https://www.bakupost.az/uploads/news/2024-05-04-14-43-23zdn5lurf6csYjxaeT702_file.jpg)
![](https://www.bakupost.az/uploads/news/2024-05-04-14-43-21kx9sPUJ6MuiDaSULynlL_file.jpg)
![](https://www.bakupost.az/uploads/news/2024-05-04-14-43-21veOOdyskk7gbRQ76UqZu_file.jpg)
Vasif
BakuPost