Türkiyədə qeydiyyatdan keçmiş PUA pilotlarının sayı 1 milyon 477 minə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) 2023-cü il üzrə Fəaliyyət Hesabatında qeyd edilib.
Məlumata görə, ölkədə PUA-ların sayı əvvəlki ilə nisbətən 14,3 faiz artaraq, 63 mindən 72 minə yüksəlib. Qeydiyyata alınan PUA pilotlarının sayı 6 faiz artıb.