Erməni diasporu baş nazir Nikol Paşinyanın ünvanına təhdid səsləndirib.
Yenisabah.az xəbər verir ki, Almaniya-Ermənistan Mərkəzi Şurası Qazaxla həmsərhəd Tavuşda həyata keçirilən sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı "narahatlığını" ifadə edib.
Diaspor təşkilatı həm Tavuş məsələsi, həm də "erməni soyqırımı"nı qırmızı xətləri adlandırıb:
"Əgər Ermənistan hakimiyyəti xalqa qarşı bu dağıdıcı siyasəti davam etdirsə və narahatlıqlarımız nəzərə alınmasa, o zaman diaspor daha sərt addımlar atmalı olacaq”.
Telegram kanalımız