“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold britaniyalı məşhur aktyor Cud Lounun qızı Ayrislə görüşür.
Sportinfo.az “Mirror"a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə sevgilisinin şəkli ötən həftə onların reklam çəkilişi zamanı yayılıb.
Cütlük aprelin 30-da Londonda bərabər olublar.
Aleksander-Arnold bu mövsüm 34 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.