Tbilisi. Trend:
Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirilməsi güzəştlişərtlərdə resursları əhatə etməyə davam etməlidir.
Trend xəbərverir ki, bu barədə AİB prezidenti Masatsuqu Asakava TbilisidəAİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimindədeyib.
"İcazənizlə qeyd edim ki, gələcəyə körpüümüz buna ən çoxehtiyacı olanları geridə qoya bilməz. O cümlədən, inkişaf etməkdəolan kiçik ada dövlətlərindəki yoxsul və həssas əhali qrupları,ağır iqlim dəyişmələri, iqtisadi sarsıntı və münaqişələrlə əlaqəliağır yüklə üzləşirlər. Maliyyələşdirməmiz güzəştli şərtlərdəresursları, o cümlədən, qrantları əhatə etməyə davam etməlidir. AİBburada mühüm rol oynayıb. Cümə axşamı günü tamamlama bitdikdənsonra isə biz bu tələbatları qarşılamaq üçün 5 milyard dollaraqədər vəsait təmin edə biləcəyik", - o deyib.
Asakava donorlara bu dəstəyə görə minnətdarlığını bildirib.
"Bu, əhəmiyyət kəsb edir. Bunu bilirəm, çünki bütün regiondangələcəklərinə yatırdığımız investisiyalar sayəsində daha yaxşıperspektivləri açılan insanlarla görüşmüşəm. Dostlar, gələcəyəkörpümüz də bir o qədər inklüziv olmalıdır. Heç kim maliyyə vəsaitiəldə etməyin qarşısındakı maneələr səbəbindən inkişafüstünlüklərindən məhrum olmamalıdır", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)