ABŞ-nin Suriyadakı hərbi bazası hücuma məruz qaldı
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı Amerika bazası hücuma məruz qalıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı yerli mənbəyə istinadla məlumat yayıb. “Əl-Ömər neft yatağındakı Amerika bazasına 7 raket atılıb. onlardan üçü bazanın ərazisinə, digər dördü yaxınlığına düşüb”, - məlumatda bildirilib. Məlumata görə, baza ərazisində tüstü sütunları müşahidə olunub. Tələfat barədə hər hansı məlumat verilməyib. Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika bazaları vaxtaşırı hücumlara məruz qalır.