“WhatsApp” bəzi istifadəçilər üçün məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, mesajların göndərilməsindən sui-istifadə edən hesablar məhdudiyyətlə üzləşəcək.
Yenilik “WhatsApp”ın “Android” üçün 2.24.10.5 nömrəli beta versiyasında sınaqdan keçirilib.
Belə ki, həmin istifadəçilər müvəqqəti bloklanır, beləliklə, onlar yeni söhbətlər yarada bilmirlər.