ABŞ prezidenti Co Bayden gələn həftə Ağ Evdə İordaniya Kralı II Abdullah ilə təkbətək görüş keçirəcək.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Mən təsdiq edə bilərəm ki, İordaniya Kralı II Abdullah gələn həftə Ağ Evdə prezident Baydenlə təkbətək görüşdə iştirak edəcək".
Jan-Pyerin sözlərinə görə, Ağ Ev öz nəticələri barədə məlumat verəcək.
Yusif EYVAZLI