RU

Hitlerin “Qurd yuvası”nın altından ayaqları və əlləri olmayan skeletlər tapılıb...

...Latebra Fondundan bir qrup arxeologiya həvəskarı Adolf Hitlerin Polşadakı qərargahı olan və “Qurd yuvası” kimi tanınan evin altında ayaqları və əli olmayan beş skelet aşkar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Der Spiegel” yazır.

Skeletlərin aprelin 29-da Luftwaffe-nin baş komandanı Hermann Goering-ə məxsus villanın döşəməsinin altından aşkar edildiyi deeyilir.

Qalıqlar üç böyük, biri yeniyetmə və bir körpənin qalıqlarıdır.

Onların hamısının ayaqları və əlləri yerində yoxdur. Hazırda onların kimliyini müəyyən etmək mümkün deyil. Bundan əlavə, arxeoloqlar və məhkəmə-tibb ekspertləri onların cəsədlərinin nə vaxt villanın döşəməsinin altına düşdüyünü dəqiq öyrənə bilməyiblər - İkinci Dünya Müharibəsi zamanı və ya ondan sonra.

Hazırda tapıntı ilə bağlı istintaq araşdırmalarına başlayıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
224
7
sia.az

10Источники