Rusiyalı aktyor Danila Qrebnev vəfat edib.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 29 yaşlı gənc aktyor Sankt-Peterburqda dünyasını dəyişib. Onun meyiti evində tapılıb.
Aktyorun ölümünün səbəbi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Qrebnev təkcə aktyor deyil, həm də şair, musiqiçi və filosof olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun