RU

Putin Rahmonun könlünü aldı

Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emoməli Rəhmonla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Məlumatda qeyd edilir ki, danışıq samanı Moskvada Emoməli Rəhmonun dəvət olunduğu Qələbə Gününə həsr olunmuş təntənəli tədbirlərdə birgə iştirak məsələləri müzakirə olunub: “İşgüzar və konstruktiv şəraitdə keçən görüşdə bəzi aktual ikitərəfli mövzular, o cümlədən terror təhlükəsi ilə mübarizə, eləcə də miqrasiya sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə müvafiq nazirliklər və idarələr arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi razılaşdırılıb. Rusiyaya, o cümlədən Tacikistandan gələn əmək miqrantları ilə bağlı vəziyyəti süni şəkildə gərginləşdirmək üçün son vaxtlar müəyyən qüvvələrin intensivləşmiş cəhdlərinin birgə qarşısınnı alınacağına və xalqlar arasında zamanın sınağından çıxmış qardaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyinə də əminlik ifadə olunub”.

Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, əmək miqrasiyası sahəsində qarşılıqlı fəaliyyət məsələləri ətraflı müzakirə olunub.

“Asiya” xəbər verir ki, tərəflərin müvafiq idarələrinə bu istiqamətdə işi gücləndirmək üçün göstərişlər vermək barədə razılıq əldə edilib.

Məlumatda qeyd olunur ki, tərəflər həmçinin hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığın təzahürləri ilə mübarizədə sıx əlaqələndirilməsini, habelə onların qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
musavat.com

1Источники