RU

ABŞ-də sualtı okean dronunun sınaqları keçirilib

ABŞ-da böyük sualtı okean pilotsuz aparatının (dronunun) ilk sınaqları keçirilib.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyinə (DARPA) istinadən xəbər verir ki, “Northrop Grumman” şirkəti tərəfindən hazırlanmış böyük sualtı okean pilotsuz aparatının prototipi Cənubi Kaliforniya sahillərində tam miqyaslı sınaqları başa çatdırıb.

Ümumiyyətlə, sınaqlar 2024-cü ilin fevralından mart ayına qədər baş tutan bir neçə mərhələyə bölünmüşdü, onun funksionallığını nümayiş etdirməli və müəyyən xüsusiyyətləri təsdiq etməli idi.

Sınaqlar dənizdə hidrodinamik xüsusiyyətləri, o cümlədən dronun bütün hərəkət və sükan rejimlərini istifadə edərək su altında əməliyyatları (üzmə qabiliyyəti, üzmə pərvanələri və idarəetmə sükanları) nümayiş etdirib.

Sınaqların yekununda DARPA-nın “Manta Ray Proqramı”nın Meneceri Dr. Kayl Verner deyib: “Bizim Manta Ray-ın uğurlu tammiqyaslı sınağımız, dronun çöl şəraitində modul komponentlərdən sürətlə yığıldıqdan sonra real əməliyyatlarda istifadə hazırlığını təsdiqləyir”.

Nümayiş olunan nəqletmə və quraşdırma asanlığı, hərbi-dəniz obyektlərində qiymətli liman sahələrini yükləmədən bütün dünyada sürətli açılma imkanını dəstəkləyir. Bundan başqa, dronun birbaşa nəzərdə tutulmuş istismar sahəsinə göndərilməsi nəqliyyat vasitəsinin başqa halda nəql edilməsi zamanı sərf edəcəyi enerjiyə qənaət edir.

Bu sualtı pilotsuz aparatın inkişafı yük və ya hətta silah şəklində əlavə faydalı yük daşımaq qabiliyyəti ilə kəşfiyyatı təkmilləşdirmək məqsədi daşıyır.

Manta Ray okean zonalarında istifadə üçün nəzərdə tutulduğundan, uzun məsafəni qoruyur və güclü dəniz dalğasında tam sabitliyi təmin edir.

Dronun sınaqlarını ikinci icraçı olan “PacMar Technologies” şirkətinin mütəxəssisləri 2024-2025-ci illərdə davam etdirəcəklər.

Manta Ray dinamik dəniz mühitlərində davamlı əməliyyatlara hazır olan uzunmüddətli, uzun mənzilli, faydalı yük daşıya bilən pilotsuz sualtı aparatların yeni sinfini inkişaf etdirmək və nümayiş etdirmək məqsədi daşıyır.

Qeyd etmək lazımdır ki, son illərdə ABŞ Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) gələcəyin qabaqcıl sistemlərinin genişmiqyaslı sınaqlarını və inkişafını həyata keçirir. Söhbət ilk növbədə ABŞ Silahlı Qüvvələrinin imkanlarını təkmilləşdirməyə kömək etməli olan müxtəlif sinifli pilotsuz aparatların, eləcə də süni intellektə malik müvafiq proqramların hazırlanmasından gedir.

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
1
poliqon.az

2Источники